Premyer Liqamızda son tur
21 may 2022 03:17 (UTC +04:00)

Premyer Liqamızda son tur

Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə yekun vurulacaq.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, sonuncu – XXVIII turun matçları eyni gündə baş tutacaq.

Çempion və gümüş mükafatçı bəlli olduğundan son tur yalnız bürünc medalçını müəyyənləşdirəcək. Hazırda üçüncü sırada qərarlaşan “Zirə” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Paytaxt təmsilçisi mövqeyini qorumaq üçün qalib gəlməlidir.

“Qəbələ” isə ilk “dördlük”dən kənar qalan “Sabah”ı sınağa çəkəcək. Elmar Baxşıyevin yetirmələri üçüncü yeri tutmaq üçün həm qalib gəlməli, həm də “Zirə”nin xal itirməsinə ümid etməlidir. Bu baş verməsə Rəşad Sadıqovun yetirmələri ilk “üçlük”də qalacaq.

Autsayderlər Sumqayıtda qarşılaşacaq. Eyniadlı komanda “Səbail”i sınağa çəkəcək.

Mövsümə “Azersun Arena”da yekun vurulacaq. 9-cu çempionluğunu təmin edən “Qarabağ” bu göstəricidə çatdığı “Neftçi”ni sınağa çəkəcək. Bu görüşdən sonra Premyer Liqanın mükafatlandırma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, başa çatacaq mövsüm 8 komanda ilə keçirilən sonuncu yarışdır. Növbəti mövsümdən Premyer Liqada 10 klub mübarizə aparacaq.

Premyer Liqa
XXVIII tur
21 may (şənbə)
17:00. “Zirə” – “Şamaxı”
Baş hakim: 
Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Sabah”
Baş hakim: 
Əliyar Ağayev
Qəbələ şəhər stadionu

19:00. “Sumqayıt” – “Səbail”
Baş hakim: 
Rəvan Həmzəzadə
“Kapital Bank Arena”

19:30. “Qarabağ” – “Neftçi”
Baş hakim: 
Fərid Hacıyev
“Azersun Arena”

# 1371
avatar

Oxşar yazılar