"Neftçi"nin baş məşqçisi ilə   bir milyona  yaxın pul qazanacaq
22 iyun 2022 14:22 (UTC +04:00)

"Neftçi"nin baş məşqçisi ilə bir milyona yaxın pul qazanacaq

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf Azərbaycanda sərvət qazanacaq.

Lent.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın “ProSport” nəşri məlumat yayıb.

Bildirilib ki, 47 yaşlı mütəxəssisin Bakı klubundakı illik məvacibi 480 min avro olacaq. Yəni Regekampfın “ağ-qaralar”da aylıq maaşı 40 min avro olacaq. Mükafatları da nəzərə alsaq, rumıniyalı çalışdırıcı ölkəmizdə bir ilinə 1 milyon manatdan çox qazanc götürəcək.

Qeyd edək ki, Laurentsiu Regekampf “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

# 1485
avatar

Oxşar yazılar