“Neftçi” 14, “Qarabağ” 5 pillə irəlilədi
11 may 2022 08:10 (UTC +04:00)

“Neftçi” 14, “Qarabağ” 5 pillə irəlilədi

Avropa klublarının reytinqi müəyyənləşib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda Azərbaycanın iki təmsilçisi yer alıb.

Qitənin 165 komandası arasında “Qarabağ” və “Neftçi” də var. Aktivində 136 xal olan ağdamlılar siyahıda 5 pillə irəliləyib. Qurban Qurbanovun yetirmələri Almaniya təmsilçisi “Bayer”lə 64-cü yeri bölüşür.

“Neftçi” isə ötən ayla müqayisədə 14 pilləlik irəliləyişə nail olub. “Ağ-qaralar” hazırda İrlandiya “Dandolk”u ilə 122-ci pilləni bölüşdürür. Samir Abasovun kollektivinin aktivində 87 xal var.

Siyahıya 305 xalla “Çelsi” başçılıq edir. İngiltərənin digər təmsilçiləri “Liverpul”la “Mançester Siti” ilk “üçlüy”ün digər sakinləridir. Reytinqdə irəliləyən “qırmızılar” (277) 2-ci, bir addım geriləyən “şəhərlilər” (264) isə 3-cüdür.

Qeyd edək ki, 302 komandanın yer aldığı dünya reytinqində “Qarabağ” 99-cu, “Neftçi” isə 221-ci yerdədir.

# 1737
avatar

Oxşar yazılar