Motoyarışda 5 idmançı öldü: Ata-oğul və həmkarları...
11 iyun 2022 16:19 (UTC +04:00)

Motoyarışda 5 idmançı öldü: Ata-oğul və həmkarları...

Britaniyalı motosiklet yarışçıları Rocer Stokton və oğlu Bredli Stokton Men adasında “Isle of Man TT” turnirinə vəsiqə qazanmaq üçün qatıldıqları yürüşdə qəzaya uğrayıblar.

Lent.az təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı ata yarış seriyasının 20-ci debütündə xəsarət alıb. 

Ata və 21 yaşlı oğlu ikinci dövrədə qəzaya düşərək həyatlarını itiriblər.

Yarışların gedişində bundan əvvəl daha üç yarışçı həlak olub. 

İyunun 7-də Şimali İrlandiya Supersport motosiklet yarışçısı Deyvi Morqan trasdan çıxıb və ölümcül xəsarətlər alıb. 

İyunun 4-də fransalı Olivye Lavorel də yarışda dünyasını dəyişib. Onun komanda yoldaşı Sezar Şanal isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sonradan məlum olub ki, ölən ikinci idmançı olub. Ölüm xəbəri yayılan Lavorel isə sağ qalıb. 

britaniyalı Mark Purslou isə İyunun 2-də qəzaya uğrayaraq ölüb.

Qeyd edək ki, “Isle of Man TT” dünyanın ən təhlükəli motosiklet yarışlarından biri hesab olunur. Yarışlar 1911-ci ildən keçirilir və bu müddət ərzində 260-dan çox ölüm qeydə alınıb.

# 2997
avatar

Oxşar yazılar