Millinin futbolçusu “Sent-Etyen”dən gedir
23 iyun 2022 01:30 (UTC +04:00)

Millinin futbolçusu “Sent-Etyen”dən gedir

“Sent-Etyen”in və Tunis millisinin futbolçusu Vahbi Xazri komandasını dəyişə bilər.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, afrikalı futbolçunun klubu “Monpelye” ilə danışıqlar aparır.

31 yaşlı hücumameylli futbolçu da komandasını dəyişməyə razıdır. Amma transferin baş tutması üçün “Monpelye”nin hücumçularından birinin komandanı tərk etməsi vacibdir. Stefi Mavididinin də klubla vidalaşacağı gözlənilir.

Qeyd edək ki, “Sent-Etyen” pley-offda “Oser”ə uduzaraq aşağı dəstəyə yuvarlanıb.

# 1398
avatar

Oxşar yazılar