Millimiz Avropa çempionatının  finalında!
10 iyun 2022 22:17 (UTC +04:00)

Millimiz Avropa çempionatının finalında!

Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, yığmamız Slovakiyada keçirilən turnirdə yarımfinal səddini adlayıb.

Elşad Quliyevin baş məşqçisi olduğu komandamız Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edib. Millinin qollarını Bəxtiyar Soltanov, Tural Nərimanov və Samir Həmzəyev vurub.

Qeyd edək ki, yığmamızın finaldakı rəqibi rəqib Bolqarıstan - Rumıniya matçında bəlli olacaq.

# 2241
avatar

Oxşar yazılar