Dünya çempionu Argentina millisinin və Amerikanın “İnter Mayami” komandasının 37 yaşlı hücumçusu Lionel Messi millinin heyətində het-triklərin sayını 39 yaşlı portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə bərabərləşdirib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, dünya çempionatının seçmə mərhələsində Argentina Boliviya yığmasını 6:0 hesabı ilə məğlub edib. Messi millidəki 10-cu oyununda 3 və ya daha çox qol vurub.
Ronaldonun da 3 və daha çox qol vurduğu 10 oyun var.