Mbappe transferi bitdi: İmza tarixi  AÇIQLANDI
05 may 2022 14:34 (UTC +04:00)

Mbappe transferi bitdi: İmza tarixi AÇIQLANDI

Fransanın PSJ klubu ilə çempionluq yaşayan, lakin Avropada kubok qazana bilməyən Kilian Mbappe müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılmaq qərarına gəlib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, fransız ulduzun yeni ünvanı da bəlli olub.

Dünyanın ən maraqla izlədiyi Kilian Mbappenin transferi başa çatıb. PSJ ilə yeni müqavilə imzalayacağı iddia edilən Kilian Mbappenin yeni ünvanı bəlli olub.

PSJ ilə mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmayan Kilian Mbappe "Real"la razılığa gəlib. Yeni mövsümdə "Real”da çıxış etməyə hazırlaşan Kilian Mbappenin La Liqa nəhəngi ilə müqavilə imzalayacağı tarix də bəlli olub.

Məlumta görə, Kilian Mbappe iyulun ilk həftəsində “Real” ilə müqavilə imzalayacaq. İyunun 30-da Fransa nəhəngindən rəsmən ayrılacaq Mbappenin "Real” ilə neçə il müqavilə imzalayacağı bəlli deyil.

Digər tərəfdən, “Real”ın prezidenti Florentino Perez ötən gün Kilian Mbappe ilə bağlı transfer sualına "Hazırda Mbappe haqqında düşünmürdüm, amma indi siz dediyiniz zaman "bu doğru ola bilər" deyə düşündüm" cavabını verib.

# 2703
avatar

Oxşar yazılar