"Mançester Yunayted" onu başqa kluba   buraxmayacaq
30 yanvar 2023 02:37 (UTC +04:00)

"Mançester Yunayted" onu başqa kluba buraxmayacaq

"Mançester Yunayted" müdafiəçi Viktor Lindelofu heyətində saxlamaq qərarına gəlib.

Lent.az xarici mediaya istinadla xəbr verir ki, İngiltərə klubu qış transfer pəncərəsində 28 yaşlı isveçli üçün transfer və ya icarə təkliflərini qəbul etməyəcək. "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq futbolçuya ümid edir.

Müdafiəçinin hazırkı müqaviləsi 2024-cü ilə qədərdir. Portal “Transfermarkt” futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.

Lindelof  bu mövsüm bütün yarışlarda 14 oyuna çıxıb, lakin qol vurmayıb.
 

# 1440
avatar

Oxşar yazılar