“Mançester Siti” onun qiymətini  AÇIQLADI
15 iyul 2022 19:17 (UTC +04:00)

“Mançester Siti” onun qiymətini AÇIQLADI

"Mançester Siti" Aleksandr Zinçenkonu başqa kluba buraxmağın əleyhinə deyil. 

Lent.az xarici mediaya istinadla bildirir ki, daha əvvəl xəbər verildiyi kimi, İngiltərə çempionu ukraynalının yerinə “Brayton”dan ispan Mark Kukurellanı almağa çalışacaq.

Bununla belə, “Daily Mail” yazır ki, İngiltərə çempionları ukraynalını ucuz qiymətə buraxmağa hazır deyil.

"Arsenal", "Everton", "Vest Hem" və "Çelsi"dən oyunçuya marağın artması səbəbindən "Mançester Siti" oyunçu üçün olduqca yüksək qiymət təyin edib.

Potensial alıcı 35 milyon funt-sterlinqdən aşağı məbləğ təklif etsə, danışıqlara belə başlanmayacaq.

Xatırladaq ki, daha əvvəl ukraynalıya əsas namizədin London “Arsenal”ı olduğu bildirilirdi. “Topçuların” baş məşqçisi Mikel Arteta Zinçenkonun bacarıqlarını yaxşı bilir, çünki o, “Mançester Siti”də Xosep Qvardiolanın köməkçisi olanda ukraynalı ilə işləmək təcrübəsi olub.
 

# 1701
avatar

Oxşar yazılar