Luis Suares “Barselona”ya  qayıdır?
06 may 2022 16:21 (UTC +04:00)

Luis Suares “Barselona”ya qayıdır?

“Atletiko”nun hücumçusu Luis Suares hələ də yeni klub seçimini etməyib.

Apasport.az saytının məlumatına görə, mövsümün sonunda Madrid klubunu tərk edəcək 35 yaşlı forvard İspaniyada qala bilər.

Bir müddət əvvəl ABŞ klubu “İnter Mayami” ilə anlaşdığı barədə xəbərlər yayılan Uruqvay millisinin üzvü sabiq komandası “Barselona”ya qayıtmaq arzusundadır. O, bu istəyini Kataloniya klubunun rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, Luis Suares 2014-2020-ci illərdə “Barselona”nın şərəfini qoruyub.

# 1845
avatar

Oxşar yazılar