"Liverpul"dan Nunyesə 100 milyonluq  təklif
11 iyun 2022 17:36 (UTC +04:00)

"Liverpul"dan Nunyesə 100 milyonluq təklif

"Benfika"da uğurlu mövsüm keçirən Darvin Nunyes böyük klubların diqqətini üzərinə çəkməkdə davam edir.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, İngiltərə nəhəngi “Liverpul” uruqvaylı hücumçunu heyətinə cəlb etməyə çox yaxındır. 

80+20 milyon avro ödəməklə 5 illik müqavilə təklif edən “qırmızılar” transfer yarışında digər rəqiblərindən öndədir. Mersisaydlılardan başqa, Madrid “Real”ı, “Mançester Yunayted” və “Bavariya” da 22 yaşlı futbolçunu heyətinə cəlb etməkdə maraqlıdır.

Qeyd edək ki, “Benfika”nın heyətində 85 oyuna çıxan Nunyes 48 dəfə fərqlənib. O, ötən mövsüm isə Portuqaliya təmsilçisində 41 oyunda 34 qol vurub, 4 məhsuldar ötürmə verib.

# 1422
avatar

Oxşar yazılar