Lakazett Fransada öz klubuna qayıtdı
09 iyun 2022 18:07 (UTC +04:00)

Lakazett Fransada öz klubuna qayıtdı

Londonun “Arsenal” klubundan sərbəst şəkildə ayrılan fransalı hücumçu Aleksandr Lakazett 3 illik müqavilə imzalayaraq Fransa “Lion”una qayıdıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Lakazett “Lion”un yetirməsidir, 8 mövsümü əsas komandada keçirib, 275 oyunda 129 qol vurub.

2017-ci ilin iyununda Lakazett 60 milyon avroya "Lion"dan "Arsenal"a keçmişdi.
 

# 1809
avatar

Oxşar yazılar