İranlı idmançı  millinin düşərgəsindən qaçdı
15 may 2022 15:15 (UTC +04:00)

İranlı idmançı millinin düşərgəsindən qaçdı

17 yaşlı idmançı dünya çempionatında İran tarixində ilk medalı qazanıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 87 kiloqram çəki dərəcəsində çıxış edən Yekta Camali 100 kiloqramı qaldıraraq gümüş medal qazanıb.

Bir neçə gün sonra idmançı evə qayıdan komanda yoldaşlarına qoşulmayıb. Yeniyetmə idmançının harada olduğu məlum deyil.

İran millisi Yunanıstanı aparıcı idmançısız tərk edib. İran mətbuatı xəbər verir ki, Yekta heç kimə xəbərdarlıq etmədən millinin düşərgəsini tərk edib.

İran Ağır Atletika Federasiyasının (IRIWF) prezidenti Əli Moradi idmançını axtarmaq üçün Yunanıstanda qalıb.

Yekta Camalinin dostları qızın federasiyanın münasibətindən və maaşının azlığından narazı olduğunu bildirir.
 

# 3282
avatar

Oxşar yazılar