“Formula-2” də 2 qəza: biri yolu azdı, digəri səddə çırpıldı
11 iyun 2022 14:30 (UTC +04:00)

“Formula-2”də 2 qəza: biri yolu azdı, digəri səddə çırpıldı

Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.

Lent.az-ın Apasport.az saytına istinadən məlumatına görə, xoşagəlməz hadisə “Formula-2” üzrə sprint yarışında yaşanıb.

“Prema”nin pilotu Dennis Xauqerin bolidi qoruyucu səddə çırpılıb. 14-cü dövrədə Teo Purşeri ötməyə çalışarkən səhvə yol verən norveçli idarəetməni itirib. Nəticədə 19 yaşlı pilot iştirakını başa vurub.

Növbəti qəza isə 18-ci dövrədə yaşanıb.

Jüri Vipslə (“Hiteç Grand Prix”) toqquşan “Çaruz”un pilotu Enzo Fittipaldi yanlış yola girib. Bu səbəbdən braziliyalı da yarışdan kənarda qalıb.

Qeyd edək ki, ona qədər Dennis Xauqer (“Prema”) təhlükəsizlik maneəsinə çırpılaraq mübarizəni dayandırıb.

# 2139
avatar

Oxşar yazılar