Dünya çempionatının  əsas favoriti   AÇIQLANDI
29 sentyabr 2022 12:15 (UTC +04:00)

Dünya çempionatının əsas favoriti AÇIQLANDI

Futbol üzrə Braziliya milli komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının iştirakçılarının reytinq cədvəlinə başçılıq edib. 

Lent.az-ın xəbərinə görə, əsas favorit “Goal” nəşri açıqlayıb.

İkinci yerdə Fransa, üçüncü yerdə isə Argentina qərarlaşıb. Dördüncü və onuncu yerləri müvafiq olaraq İspaniya, Almaniya, İngiltərə, Hollandiya, Belçika, Danimarka və Portuqaliya tutur.

Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Braziliya G qrupunda Serbiya, İsveçrə və Kamerunla mübarizə aparacaq. Cənubi Amerika komandası sonuncu dəfə 2002-ci ildə Dünya Kubokunu qazanıb.

# 2664
avatar

Oxşar yazılar