Dembele qərarını verdi:  “Barselona”da qalır?
22 iyun 2022 18:47 (UTC +04:00)

Dembele qərarını verdi: “Barselona”da qalır?

“Barselona”nın futbolçusu Usman Dembelenin gələcək taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, fransalı futbolçu İspaniya klubu ilə müqaviləsini uzadacaq.

O, baş məşqçi Xaviyə zəng vuraraq klub prezidenti ilə danışmasını xahiş edib. Mütəxəssis yeni təklifin olmayacağını bildirib.

Bu üzdən Usman əvvəl təklif edilən şərtləri qəbul etmək məcburiyyətində qalıb. Ötən ilin dekabrından indiyədək anlaşma ilə razılaşmayan futbolçu yaxın günlərdə sözləşməni imzalayacaq.

Qeyd edək ki, Usman ötən mövsümün 21 oyununda 1 qol və 13 assistə imza atıb.

# 1383
avatar

Oxşar yazılar