DÇ-2022: ABŞ İranı məğlub etdi
30 noyabr 2022 01:17 (UTC +04:00)

DÇ-2022: ABŞ İranı məğlub etdi

Bu gün DÇ-2022-də B qrupunda mübarizəyə yekun vurulub.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, qrup mərhələsinin III turunun hər iki oyunu eyni vaxtda start götürüb.

1/8 finala iki vəsiqənin sahibinin müəyyənləşəcəyi qarşılaşmalarda bütün komandaların qrupdan çıxmaq şansı qalmışdı.

Britaniyalıların duelində İngiltərə Uelsə heç bir şans verməyib. 3:0 hesabı ilə qalib gələn ingilislər qrup qalibi kimi adını növbəti mərhələyə yazdırıb.

Təkcə günün deyil, bəlkə də bütün qrup mərhələsinin ən prinsipial duelində İranla ABŞ qarşılaşıb. Üç xal qazanacaq komanda 1/8 finala yüksələcəkdi. Bu gərgin qarşıdurmanın taleyini bir qol həll edib. Kristian Pulişiçin qolu amerikalıları 1/8 finala yüksəldib.

Qeyd edək ki, III turun ilk oyun günündən sonra A qrupundan Niderland və Seneqal növbəti mərhələyə adlayıb.

DÇ-2022, qrup mərhələsi
B qrupu
III tur, 29 noyabr
23:00. Uels – İngiltərə 0:3

Qollar: Markus Reşford, 50, 68, Fil Foden, 51
23:00. İran – ABŞ 0:1

Qol: Kristian Pulişiç, 38

# 1050
avatar

Oxşar yazılar

Elxan Məmmədov  federasiya prezidenti   seçkisində - FOTO

Elxan Məmmədov federasiya prezidenti seçkisində - FOTO

5 fevral 2023 , 02:25
Mahir Emreli oynadı, komandası büdrədi

Mahir Emreli oynadı, komandası büdrədi

4 fevral 2023 , 22:58
Manuel Noyer

Noyer bu müsahibəsinə görə cərimələnəcək

4 fevral 2023 , 20:29
"Fənərbaxça" 17 yaşlı oyunçusunu PSJ-yə  vermədi

"Fənərbaxça" 17 yaşlı oyunçusunu PSJ-yə vermədi

4 fevral 2023 , 19:30
“Beşiktaş”ın 7 oyunluq  məğlubiyyətsizlik seriyası   sona çatdı

“Beşiktaş”ın 7 oyunluq məğlubiyyətsizlik seriyası sona çatdı

4 fevral 2023 , 19:19
“Arsenal” Liverpulda  uduzdu

“Arsenal” Liverpulda uduzdu

4 fevral 2023 , 18:47
"Əl-Nəsr"in oyunçusu DANIŞDI:  "Ronaldo gələndən vəziyyət çətinləşib"

"Əl-Nəsr"in oyunçusu DANIŞDI: "Ronaldo gələndən vəziyyət çətinləşib"

4 fevral 2023 , 18:04
"Messi futbolun yaratdığı ən yaxşı oyunçudur" - Ramos

"Messi futbolun yaratdığı ən yaxşı oyunçudur" - Ramos

4 fevral 2023 , 16:04