Bu gözəl  dünyanın ən seksual futbolçusu   olmaqdan imtina etdi - FOTOLENT
21 iyun 2022 19:57 (UTC +04:00)

Bu gözəl dünyanın ən seksual futbolçusu olmaqdan imtina etdi - FOTOLENT

Ana Markovic Splitdə anadan olub, lakin 12 yaşında valideynləri ilə birlikdə Sürixə köçüb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, orada futbol oynamağa başlayıb və ciddi nailiyyətlər əldə edib. Əvvəllər "Dinamo"nun keçmiş oyunçusunun həyat yoldaşı bikinidə işıq saçırdı.

22 yaşında Ana artıq iki dəfə İsveçrə çempionu olub və iki ölkə kubokunu qazanıb. O, Xorvatiya millisində beş oyun keçirib və bir qol vurub.

O, xarici görünüşü ilə də diqqət çəkib. Markoviçi dünyanın ən gözəl futbolçusu və ən seksualı adlandırırlar. Onun “Instagram” səhifəsinin 728 min izləyicisi var.

Baxmayaraq ki, futbolçu özü belə şöhrəti sevmir.

"Dünyanın ən gözəl futbolçusu adlandırıldığım məqalələri bəyəndim, çünki gözəl olduğumu eşitməkdən məmnunam. Amma sonradan məni ən seksual futbolçu adlandırdıqları materiallar ortaya çıxmağa başladı. Buna nifrət edirəm.

Bundan sonra özünü məşqçi kimi göstərən insanlar mənə yazmağa başladılar və məndən nə istədiklərini dəqiq bilirəm. Onlar mənim futbol oynadığımı heç vaxt görməyiblər və yalnız görünüşümə baxıblar”, - Markoviç vurğulayıb.

# 2505
avatar

Oxşar yazılar