Braziliya millisinin baş məşqçisi istefa verdi
10 dekabr 2022 00:50 (UTC +04:00)

Braziliya millisinin baş məşqçisi istefa verdi

Braziliya millisinin baş məşqçisi Tite DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqdan sonra istefa verdiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, o bu barədə bunları deyib:

“Məğlubiyyət ağrılıdır, amma mən sakitəm. Bu, mənim milli komandadakı dönəmimin sonudur”.

Qeyd edək ki, 61 yaşlı mütəxəssis 2016-cı ildən Braziliya millisinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda 2018-ci il mundialında Belçikaya, 2022-ci ildə Xorvatiyaya uduzub. Hər iki halda komanda yalnız 1/4 finaladək irəliləyə bilib. Braziliya millisi onun rəhbərliyi altında yalnız Amerika Kubokunu (2019) qazanıb.

# 1656
avatar

Oxşar yazılar