Bakıda “Formula-2” bolidi YANDI
11 iyun 2022 14:54 (UTC +04:00)

Bakıda “Formula-2” bolidi YANDI

Bakıda “Formula-2” üzrə sprint yarışında ciddi qəza yaşanıb.

Lent.az-ın Apasport.az-a istinadən məlumatına görə, iki pilotun idarə etdiyi bolid bir-birinə toqquşub.

Kalan Uilyams (“Trident”) və Cem Bölükbaşı (“Çaruz”) olub. Sonuncu – 21-ci dövrədəki toqquşma nəticəsində bolidlərdən biri yanıb. Pilotlar isə dərhal oranı tərk ediblər.

Qeyd edək ki, sprint yarışının qalibi Frederik Vesti (“Art Grand Prix”) olub.

# 1794
avatar

Oxşar yazılar