Azərbaycan derbisində zirvə döyüşü
01 oktyabr 2022 02:07 (UTC +04:00)

Azərbaycan derbisində zirvə döyüşü

Bu gün Misli Premyer Liqasında VIII turun daha iki matçı keçiriləcək.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, ikinci oyun günü ortababların dueli ilə başlayacaq.

Turnir cədvəlinin orta sıralarında qərarlaşan “Zirə” və “Turan Tovuz” sonuncuların meydanında qarşılaşacaq. Debütant ciddi sınaqdan üzüağ çıxmağa, Rəşad Sadıqovun yetirmələri isə “Qarabağ”dan alınan ağır məğlubiyyətdən sonra özünə gəlməyə çalışacaq.

Günə I dövrənin mərkəzi oyunu ilə yekun vurulacaq. Ölkənin iki ən titullu klubu “Qarabağ”la “Neftçi” Azərbaycan derbisində qarşılaşacaq. Cari mövsümdə xal itirməyən Qurban Qurbanovun komandası zirvədəki mövqeyini qorumaq üçün uduzmamalıdır. Laurentsiu Regekampfın yetirmələri isə lideri büdrədərək taxta çıxmağa iddialıdır.

Qeyd edək k, tura sabah yekun vurulacaq.

# 1584
avatar

Oxşar yazılar