Azərbaycan çempionunu ABŞ-da bomj döydü - VİDEO
12 iyul 2022 15:00 (UTC +04:00)

Azərbaycan çempionunu ABŞ-da bomj döydü - VİDEO

“Rabitə” ilə Azərbaycan çempionu titulu qazanan amerikalı voleybolçu Kimberli Qlass vətənində xoşagəlməz hadisə ilə üzləşib. 

Lent/az Apasport.az-a istinadən xəbər verir ki, 38 yaşlı veteran hücumçu Los-Ancelesdə bomj tərəfindən döyülüb. 

Qlassın sözlərinə görə, səfil həyatı sürən bir nəfər qəfil ona yaxınlaşıb və dəmir parçası ilə döyməyə başlayıb. Nəticədə hazırda modellik edən tanınmış voleybolçunun üz sümüklərində sınıqlar əmələ gəlib, sifəti göyərib. Kimberli bomjdan yaxınlıqdan keçən insanlar tərəfindən xilas edilib. Səfil isə polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, sabiq 4-cü zona oyunçusu 2011-ci və 2012-ci ildə Azərbaycan çempionu olub. ABŞ millisinin heyətində Pekin-2008-in finalçısı həmçinin “Rabitə” ilə klublararası dünya çempionatının qızıl medalına yiyələnib. 

 

# 2862
avatar

Oxşar yazılar