“Anadolu Efes” Avroliqanın finalında  “Real Madrid”ə qalib gəldi
22 may 2022 01:06 (UTC +04:00)

“Anadolu Efes” Avroliqanın finalında “Real Madrid”ə qalib gəldi

Belqradda Basketbol üzrə Avroliqada “Dördlər finalı” başa çatıb.

Lent.az xəbər verir ki, Türkiyənin “Anadolu Efes” komandası finalda İspaniya “Real Madrid”ini məğlub edərək turnirin qalibi olub.

Görüş 58:57 hesabı ilə İstanbul basketbolçularının xeyrinə başa çatıb.

Anadolu Efes tarixində ikinci dəfə və ardıcıl iki dəfə Avroliqanın qalibi olub.

Bununla da Türkiyə klubu basketbol üzrə Avropa kubokunun çempion titulunu qoruyub.

Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə İspaniya "Barselona"sı Yunanıstanın "Olimpiakos"una qalib gəlib - 84:74.

# 1980
avatar

Oxşar yazılar