60 milyonluq təklif
20 may 2022 00:56 (UTC +04:00)

60 milyonluq təklif

“Atletiko”nun yarımmüdafiəçisi Yannik Karrasko yenidən komandadan ayrıla bilər.

Lent.az Apasport.az saytına istinadən xəbər verri ki, Belçika millisinin üzvünün bu dəfə İngiltərəyə köçmək variantı yaranıb.

2018-ci ildə “Atletiko”nu Çin klubu “Dalian”a dəyişən və 2020-ci ildə yenidən Madridə qayıdan 29 yaşlı hücumameylli futbolçu bu dəfə “Nyukasl”ın maraq dairəsinə düşüb. “Sağsağanlar” bu keçid üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır. Rəsmi təklif edilərsə, İspaniya təmsilçisi müsbət reaksiya göstərməyi planlaşdırır.

Qeyd edək ki, 2018-2020-ci illərdəki “Dalian” macərasını nəzərə almasaq, Yannik Karrasko 2015-ci ildən “Atletiko”ya məxsusdur.

# 1758
avatar

Oxşar yazılar