21 yaşlı oyunçu üçün  25 milyonluq   təklif
30 yanvar 2023 00:56 (UTC +04:00)

21 yaşlı oyunçu üçün 25 milyonluq təklif

“Tottenhem” rəhbərliyi Piero İnkapeni “Bayer”dən almaqda qərarlıdır. 

Lent.az bildirir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, London komandası 21 yaşlı futbolçu üçün 25 milyon avro dəyərində ilk təklifi edib.

Mənbənin bildirdiyinə görə, London klubu müdafiəni ekvadorlu futbolçu ilə gücləndirməyi planlaşdırır. 

İngiltərə komandasının baş məşqçisi Antonio Konte onun alınmasında şəxsən maraqlıdır.

Əlavə edək ki, İnkape 2021-ci ilin avqustunda “Bayer”ə qoşulub. Bu mövsüm o, komandanın heyətində 20 oyuna çıxıb və 1 qol vurub.

# 1590
avatar

Oxşar yazılar