Unibank Premyer Liqası: “Xəzər Lənkəran” “Neftçi”ni üstələdi
30 oktyabr 2010 18:20 (UTC +04:00)

Unibank Premyer Liqası: “Xəzər Lənkəran” “Neftçi”ni üstələdi

Lent.az-ın məlumatına görə, ilk oyun gününün mərkəzi görüşü “Qarabağ”la “Xəzər Lənkəran” arasında baş tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qalib gələrək, ən azı bir gün müddətinə liderliyə yüksəliblər. “Xəzər Lənkəran”ın rumıniyalı yarımmüdafiəçisi Konstantin Arbanasın 66-cı dəqiqədə vurduğu qol oyunda yeganə olub. Bu məğlubiyyətdən sonra “Qarabağ”ın ilk dövrəni elə 5-ci pillədə başa vuracağı dəqiqləşib.

Tovuzun “Turan” komandası ilk qələbəsini MOİK üzərində qazanıb – 2:0. Bununla da “Hərbçilər” ilk dövrəni sonuncu pillədə başa vurublar. Eyni hesabla “Muğan”ı yenən AZAL isə ən azı bir günlük 3-cü pilləyə yüksəlib.

30 oktyabr (şənbə)

“Turan” (Tovuz) – MOİK (Bakı) – 2:0
Vurğun Hüseynov, 14-penalti ilə. Viktor Qonta, 57

AZAL (Bakı) – “Muğan” (Salyan) – 2:0
Qvidas Yuska, 29. Viktor İqbekoi, 85

“Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran” – 0:1
Konstantin Arbanas, 66

31 oktyabr (bazar)

17:15. “Bakı” – “Neftçi” (Bakı)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Roman Vasilyev, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
Tofiq Bəhramov adına Respublika stadionu.

14:00. “Gəncə” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asif Namazov
Gəncə şəhər stadionu.

14:00. “Simurq” (Zaqatala) – “İnter” (Bakı)
Hakimlər: Ramil Diniyev, Aydın Ələkbərov, Rza Məmmədov, Tahir Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov
Zaqatala şəhər stadionu.

1. “Xəzər Lənkəran” – 24 xal
2. “Neftçi” – 23 (10)
3. AZAL – 21
4. “İnter” – 19 (10)
5. “Qarabağ” – 18
6. “Qəbələ” – 14 (10)
7. “Gəncə” – 14 (10)
8. “Bakı” – 12 (10)
9. “Muğan” – 10
10. “Simurq” – 6 (10)
11. “Turan” – 7
12. MOİK – 4.
# 609

Oxşar yazılar