Rusiyalı məşhur qadın tennisçi karyerasını başa vurdu
30 oktyabr 2010 14:58 (UTC +04:00)

Rusiyalı məşhur qadın tennisçi karyerasını başa vurdu

Lent.az-ın “RİA-Novosti”yə istinadən verdiyi məlumata görə, Dementyeva bu qərarını Qətərin paytaxtı Dohada keçirilən Qadın Tennisçilər Assosiasiyasının (WTA) yekun turnirində italiyalı Françesko Skyavoneyə 4:6, 2:6 hesablı məğlubiyyətdən sonra açıqlayıb.

Oktyabrın 15-də 29 yaşını qeyd edən Yelena Dementyeva karyerası ərzində WTA-nın 16 turnirinin və 14 milyon dollardan çox mükafatın sahibi olub. O, 2004-cü ildə “Böyük dəbilqə” seriyasından 2 turnirin finalçısı olub. Dementyevanın WTA reytinqində ilin yekununa əsasən ən yüksək göstəricisi 4-cü yer olub. Bu, 2008-ci ildə baş verib. Həmin il keçirilmiş Pekin Yay Olimpiya Oyunlarında isə o, qızıl medal qazanıb. Hazırda Dementyeva WTA reytinqində 9-cu yeri tutur.
# 578

Oxşar yazılar