Daha bir qürbətçi Türkiyə yığmasında
30 oktyabr 2010 14:06 (UTC +04:00)

Daha bir qürbətçi Türkiyə yığmasında

Lent.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq Almaniya Futbol İttifaqı ilə aparılan danışıqlar da müsbət nəticə verib.

20 yaşlı yarımmüdafiəçinin “ay-ulduzlular”ın şərəfini qoruyacağından FİFA da məlumatlandırılıb.

1990-cı ildə Münhen şəhərində doğulan və futbolçu karyerasına “Unterxaxinq” klubundan başlayan Mehmet Ekici “Bavariya”nın aşağı yaşlılardan ibarət komandasına keçib. O, mövsümün əvvəllərində “Nürnberq”ə icarəyə verilib. Ekici bu mövsüm klubunun heyətində 8 oyunda 1 qol vurub. Futbolçu 2007-ci ildən etibarən Almaniyanın 17, 19, 21 yaşadək yığmalarının formasını geyinib.

Qeyd edək ki, Türkiyə yığması 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.
# 713

Oxşar yazılar