FİFA püşkatmanın vaxtını dəyişməkdən imtina etdi
30 oktyabr 2010 11:03 (UTC +04:00)

FİFA püşkatmanın vaxtını dəyişməkdən imtina etdi

Lent.az-ın məlumatına görə, FİFA İcraiyyə Komitəsinin (İK) bir neçə üzvünün adının korrupsiyada hallanmasına baxmayaraq, ali futbol qurumu səsverməni təxirə salmaqdan imtina edib.

İK-nın iki gün davam etmiş iclasından sonra FİFA prezidenti Yozef Blatter seçkinin təxirə salınmasına dair məsələnin heç müzakirə olunmadığını bildirib. FİFA İK-nın iki üzvü – nigeriyalı Amos Amadu və həm də qurumun vitse-prezidenti postunu tutan taitili Reynald Temarii öz səslərini satmağa cəhd ittihamları ilə əlaqədar işlərindən müvəqqəti kənarlaşdırıblar. FİFA-nın Etika Komitəsi Adamu və Temariinin məsələsinə noyabrın 17-də baxacaq. Bu komitə iki sifariş ərizəsi komitəsinin - 2018-ci il dünya çempionatına namizədliyini müştərək verən İspaniya və Portuqaliya ilə 2022-ci il Mundialına iddialı Qətərin gizli danışığa getməsinə dair şübhələri də araşdıracaq.

Qeyd edək ki, 2018-ci il dünya çempionatına İspaniya və Portuqaliyadan əlavə, İngiltərə, Rusiya, habelə Belçika – Hollandiya dueti iddialıdır. 20022-ci il Mundialına isə Qətər, ABŞ, Avstraliya, Yaponiya və Cənubi Koreya namizədliyini verib.
# 474

Oxşar yazılar