Gələn il Bakıda taekvondo üzrə iki mötəbər tədbir keçiriləcək
29 oktyabr 2010 19:00 (UTC +04:00)

Gələn il Bakıda taekvondo üzrə iki mötəbər tədbir keçiriləcək

Bu haqda Lent.az-a ATF-nin I vitse-prezidenti Füzuli Musayev məlumat verib.

Onun sözlərinə görə, ilk tədbir yanvarda baş tutacaq. Bu, Avropa və Afrikanın seçilmiş hakimlərinin seminarı olacaq. İyulun əvvəllərində isə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri təşkil ediləcək.

Həmin turnir xüsusi elektron jiletlərlə keçiriləcək. Eyni zamanda, xal vermə qaydaları da dəyişdirilə bilər.
# 441

Oxşar yazılar