Ueyn Runinin zədəsi ciddidir
29 oktyabr 2010 18:06 (UTC +04:00)

Ueyn Runinin zədəsi ciddidir

Lent.az-ın məlumatına görə, bu haqda “qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyuson jurnalistlərə açıqlamasında bildirib.

Əvvəllər Runinin 3 həftəyədək oynamayacağı bildirilirdi. Ferqyuson isə bu yaxınlarda klubla 5 illik yeni müqavilə bağlayan hücumçunun daha uzun müddətə sıradan çıxdığını söyləyib. Lakin o, 25 yaşlı forvardın nə vaxt sıralara dönəyəcəyini deməyib.

Qeyd edək ki, “Mançester Yunayted”in heyətində daha bir hücumçu Maykl Ouen də zədəlidir. Qasığındakı zədəsini bərpa edən Ouen 5 həftəyədək sıradan çıxıb.
# 528

Oxşar yazılar