“Barselona”nın qapıçısı hakimi təqlid etdiyi üçün cəzalandırıldı
29 oktyabr 2010 19:55 (UTC +04:00)

“Barselona”nın qapıçısı hakimi təqlid etdiyi üçün cəzalandırıldı

Lent.az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Danimarkanın “Kopenhagen” komandası ilə görüş vaxtı Pinto hakimin fitini improvizasiya edərək, rəqibin hücumunu dayandırıb.

Həmin epizod oktyabrın 20-də keçirilmiş qarşılaşmanın 26-cı dəqiqəsində baş verib. “Kopenhagen”in hücumçusu Sezar Santin “Barsa”nın qapıçısı ilə təkbətək çıxarkən, fit səsi eşidib. O, ofsaydda olduğunu düşünərək, dayanıb. Matçın fransalı baş hakimi Stefan Lannua isə “davam” işarəsi verib. Lakin referi Pintoya sarı vərəqə göstərməyib.

Qeyd edək ki, Xose Manuel Pinto “Kopenhagen”lə oyunda əsas qapıçı Viktor Valdesin xəstələnməsi üzündən “Barselona”nın start heyətində meydançaya çıxıb. Oyun kataloniyalıların qələbəsi ilə nəticələnib – 2:0.
# 930

Oxşar yazılar