Unibank Premyer Liqası: Rövşən Əhmədov hakimliyə qaytarıldı
29 oktyabr 2010 13:55 (UTC +04:00)

Unibank Premyer Liqası: Rövşən Əhmədov hakimliyə qaytarıldı

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk dövrənin son turunun iki mərkəzi oyunundan biri FİFA referisinə, digəri isə ən təcrübəli baş hakimə həvalə olunub.

Yüksək liqanın son 3 turuna təyinat almayan 43 yaşlı mingəçevirli referi Rövşən Əhmədova “Qarabağ”la “Xəzər Lənkəran” arasındakı qarşılaşma həvalə olunub. Bu görüş oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək. Ertəsi gün isə eyni arenada “Bakı” ilə “Neftçi” üz-üzə gələcək. Həmin qarşılaşmaya isə beynəlxalq dərəcəli hakim Fariz Yusifov təyinat alıb.

30 oktyabr (şənbə)

15:00. “Turan” (Tovuz) – MOİK (Bakı)
Hakimlər: Əmrah İbrahimov, Azad Q. Hüseynov, Zeynal Zeynalov, Zahid Həşimov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Tovuz şəhər stadionu.

15:00. AZAL (Bakı) – “Muğan” (Salyan)
Hakimlər: Elçin Məmmədov, Aleksandr Musatkin, Elşən Acalov, Fuad Həsənov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Murad Məmmədov
”Şəfa” stadionu.

16:00. “Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran”
Hakimlər: Rövşən Əhmədov, Eldar Nağıbəyov, Mehman Mahmudov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Səfər Haşımov
Tofiq Bəhramov adına Respublika stadionu.

31 oktyabr (bazar)

17:15. “Bakı” – “Neftçi” (Bakı)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Roman Vasilyev, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
Tofiq Bəhramov adına Respublika stadionu.

14:00. “Gəncə” – “Qəbələ”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asif Namazov
Gəncə şəhər stadionu.

14:00. “Simurq” (Zaqatala) – “İnter” (Bakı)
Hakimlər: Ramil Diniyev, Aydın Ələkbərov, Rza Məmmədov, Tahir Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov
Zaqatala şəhər stadionu.
# 1202

Oxşar yazılar