Uesli Sneyder “İnter”lə müqaviləsini uzatdı
29 oktyabr 2010 13:19 (UTC +04:00)

Uesli Sneyder “İnter”lə müqaviləsini uzatdı

Lent.az-ın məlumatına görə, 2014-2015-ci ilin sonunadək nəzərdə tutulan yeni anlaşmanın maliyyə şərtləri açıqlanmır.

Klub prezidenti Massimo Moratti bildirib ki, 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm “İnter”in aparıcı oyunçusu olub və uzun illər belə davam edəcək.

Qeyd edək ki, Uesli Sneyder “İnter”ə 2009-2010-cu il mövsümü öncəsi İspaniyanın “Real” klubundan keçib. O, İtaliya komandasının heyətində ölkə çempionluğu, kuboku və superkuboku, habelə Çempionlar Liqasını qazanıb. Sneyder yayda Hollandiya yığmasının dünya çempionatının finalınadək irəliləməsində böyük pay sahibi olub. Mundialda 5 qol vuran futbolçu almaniyalı Tomas Müller, uruqvaylı Dieqo Forlan və ispaniyalı David Vilya ilə birgə ən yaxşı bombardirlər siyahısında yer alıb.
# 693

Oxşar yazılar