Yarımfinalçılar müəyyənləşdi
29 oktyabr 2010 11:49 (UTC +04:00)

Yarımfinalçılar müəyyənləşdi

Lent.az-ın məlumatına görə, ilk matçda rusiyalı Yelena Dementyeva avstraliyalı Samanta Stosuru məğlub edib. – 4:6, 6:4, 7:6 (7:4). Görüş 2 saat 42 dəqiqə davam edib.

Bununla belə, yarımfinala məhz Stosur yüksəlib. Çünki WTA-nın yekun turnirinin qaydalarına əsasən, növbəti mərhələyə vəsiqə qrup mərhələsində qələbə ilə nəticələnən setlərin sayından asılı olur.

Digər görüşdə italiyalı Françeska Skyavone mövsümü birinci pillədə başa vuracağı dəqiqləşən danimarkalı Karolina Voznyatskiyə yenilib – 6:3, 1:6, 1:6. Nəhayət, üçüncü qarşılaşmada belçikalı Kim Kleysters belaruslu Viktoriya Azarenkonu məğlub edib – 6:4, 5:7, 6:1.

Beləliklə, 4,55 milyon dollar mükafat fonduna malik turnirin bütün yarımfinalçıları müəyyənləşib. Bunlar Kleysters, Voznyatski, Stosur, habelə, rusiyalı Vera Zvonaryovadır.

Oktyabrın 29-da Dohada Dementyeva – Skyavone, Yankoviç – Azarenko matçları keçiriləcək. Yarımfinala çıxa bilməyən bu tennisçilər mükafatlar uğrunda mübarizə aparacaqlar. Eyni zamanda, qrup birinciliyi uğrunda görüşdə Zvonaryova ilə Kleysters üz-üzə gələcək.
# 563

Oxşar yazılar