Xorvatiya milli komandasının futbolçusu 17 yaşlı qız zorlayıb
28 oktyabr 2010 15:50 (UTC +04:00)

Xorvatiya milli komandasının futbolçusu 17 yaşlı qız zorlayıb

Lent.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, Klasniç İngiltərədə 17 yaşlı qızı zorlamaqda şübhəli bilinir.

Qız oktyabrın 25-də zorlandığı barədə polisə şikayət edib. Bundan bir qədər sonra Klasniç saxlanılıb. Ardından 30 yaşlı hücumçu polis idarəsində dindirilib və girov müqabilində azadlığa buraxılıb. Bu işlə bağlı ilk məhkəmə iclası noyabrın 1-də olacaq. Azadlığa çıxdıqdan sonra ev və mobil telefonunu söndürən futbolçu heç bir açıqlama verməyib.

Qeyd edək ki, İvan Klasniç 7 ildir ki, ailəlidir. Onun 3 yaşlı qızı var.
# 557

Oxşar yazılar