Joze Mourinyo 3 futbolçunu “Real”dan qovur
28 oktyabr 2010 14:51 (UTC +04:00)

Joze Mourinyo 3 futbolçunu “Real”dan qovur

Lent.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssisi Benzemanın oyunu qane etmir.

Çox güman ki, 23 yaşlı forvard 2011-ci ilin yanvarında “kral klubu”nu tərk edəcək. Rəhbərlik Benzemanı ölkə xaricindəki komandalardan birinə satmağı planlaşdırır. Oktyabrın 26-da “Real”ın “Mursiya” ilə 0:0 hesablı heç-heçə etdiyi İspaniya kubokunun 1/16 final matçında Mourinyo futbolçuya son şans verib. O, fransalı hücumçunu əsas heyətdə meydançaya buraxıb. Lakin özünü yaxşı tərəfdən göstərə bilməyən Benzema fasilədən dərhal sonra Qonsalo İquainlə əvəzlənib.

Joze Mourinyo yarımmüdafiəçi Esteban Qranero və Pedro Leonu da göndərməyi qərara alıb. Qraneronun “Xetafe”də, Leonun isə “Erkules”də karyerasını davam etdirəcəkləri bildirilir.

Qeyd edək ki, Kərim Benzema “Real”a 2009-cu ilin yayında Fransa “Lion”undan keçib. Madrid klubu hücumçunun transferinə 35 milyon avro xərcləyib.
# 489

Oxşar yazılar