4 bolqarıstanlı idmançı rəsmən Azərbaycan millisində!
14 sentyabr 2010 11:48 (UTC +04:00)

4 bolqarıstanlı idmançı rəsmən Azərbaycan millisində!

Lent.az-ın “Meridian Matç”a istinadən verdiyi məlumata görə, Veliçko Çolakov (105 kq), İvan Stoitsov (77 kq), Rumyana Petkova (75 kq) və Silviya Angelova (48 kq) bundan sonra ölkəmizin adından çıxış edəcəklər.

Artıq bir neçə aydır Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) maraq dairəsində olan idmançıların şəxsi müqavilələri də razılaşdırılıb. Çolakov, Stoitsov və Petkova sentyabrın 14-də Bakıya gələcəklər. Angelova isə artıq bir müddətdir ki, yığmamızın baş məşqçisi Yanko Rusevin rəhbərliyi altında hazırlıq keçir. O və Petkova sentyabrın 17-də Türkiyənin Antalya şəhərində start götürəcək dünya çempionatına qatılacaq.

Qeyd edək ki, 2007-ci ildə dünya çempionu adını qazanmış İvan Stoitsov və 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Veliçko Çolakov qadağan olunmuş preparat qəbul etdikləri üçün hazırda cəzalıdırlar. Lakin onlar 2012-ci il London olimpiadasında iştirak edə biləcəklər.
# 918

Oxşar yazılar