Zaqatalada quldurluq edən tutuldu - FOTO  - YENİLƏNİB
25 yanvar 2023 11:19 (UTC +04:00)

Zaqatalada quldurluq edən tutuldu - FOTO - YENİLƏNİB

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndi ərazisində naməlum şəxsin kənd sakinlərindən birinə yaxınlaşaraq soyuq silahı onun boğaz nahiyəsinə dayaması, eləcə də 100 manat pulunu və mobil telefonunu zorla alması, daha sonra isə zərərçəkmişi yerə yıxaraq hadisə yerindən yayınması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qurdurluq əməlini törətməkdə şübhəli bilinən  Natiq Əzizov saxlanılıb.

Dindirilmə zamanı N.Əzizov törətdiyi əməli etiraf edərək gecə saatlarında həmkəndlisinin qarşısını kəsdiyini, 100 manat pulunu və 500 manat dəyərində "Samsung" markalı mobil telefonunu ələ keçirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Zaqatala RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

23 yanvar, saat 13:12

Zaqatalada quldurluq hadisəsi baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə rayonun Çobankol kəndində qeydə alınıb. 

Naməlum şəxs kənd sakini 1998-ci il təvəllüdlü Qurban Qurbanovun boğaz nahiyəsinə küt alətlə xəsarət yetirərək telefonunu əlindən alıb. 

Zərərçəkən bu barədə polisə məlumat verib. Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

# 25281
avatar

Fidan İlqar

Oxşar yazılar