Zaqatalada maşın körpüdən aşdı: xəsarət alan var 
10 noyabr 2022 00:11 (UTC +04:00)

Zaqatalada maşın körpüdən aşdı: xəsarət alan var 

Minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq çayın üzərindəki körpüdən yolun kənarına düşüb. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə saat 22:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. 

Qəza zamanı avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Tərtər rayon sakini Tehran Vüqar oğlu Zülfüqarlı qaş nahiyəsinin açıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Hazırda T. Zülfüqarlının müayinəsi və müalicəsi Zaqatala RMX-da davam etdirilir. 
Faktla bağlı araşdırma aparılır.
 

# 13332
avatar

Oxşar yazılar