Zaqatala dağlarında itkin düşən hindistanlı turistin  FOTOSU  - YENİLƏNİB
19 may 2022 22:00 (UTC +04:00)

Zaqatala dağlarında itkin düşən hindistanlı turistin FOTOSU - YENİLƏNİB

Lent.az Zaqatala dağlarında itkin düşən hindistanlı turistin fotosunu əldə edib.

Həmin fotonu təqdim edirik:

***

Saat 15:55

Azərbaycanda itkin düşən hindistanlı turistin axtarışları davam etdirilir.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, mayın 17-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, sonuncu dəfə Zaqatalada olan 29 yaşlı Kondaveeti Manikath adlı şəxsin itkin düşməsi ilə bağlı müraciət daxil olub:

“Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı oteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

Hazırda rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları həmin şəxsin tapılması istiqamətində axtarışlara cəlb olunublar. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

***

saat 14:10

Hindistanlı turist Azərbaycan dağlarında itkin düşüb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən gün Qafqaz dağlarının cənub ətəyində, Zaqatala dağlarında baş verib.

Hindistanlı turistin axtarışlarına Zaqatala rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb edilib.

İki gündür davam edən axtarışlar hələlik heç bir nəticə verməyib.

# 15966
avatar

Mehman Nəbiyev

Oxşar yazılar