Yük avtomobili velosipedçini vurdu, vəziyyəti...  -YENİLƏNİB
10 sentyabr 2022 22:50 (UTC +04:00)

Yük avtomobili velosipedçini vurdu, vəziyyəti... -YENİLƏNİB

 Oğuzda yük maşının vurduğu velosipedçinin şəxsiyyəti məlum olub. 

Lent.az-ın APA-ya istinadla məlumatına görə, qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan velosipedçi Oğuz rayonu Yenikənd kənd sakini 2005-ci il təvəllüdlü Rövşən Rəşad oğlu Tağızadədir. Onun müalicəsi xəstəxananın reanimasıya şöbəsində aparılır.
 

***

20.57

Oğuzda  velosipedçini yük avtomobili vurub, vəziyyəti ağırdır.  

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə axaşm saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı yük avtomobili velosipedçini vurub. Qəza zamanı  müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan velosipedçi  Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Qəza zamanı ağır xəsarət alan velosipedçi komatoz vəziyyətdə Şəki RMX-a daxil olub. Hazırda onun müayinəsi aparılır və şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.
 

# 2835
avatar

Oxşar yazılar