Yolu keçən kişini maşın vurub öldürdü
25 noyabr 2022 10:05 (UTC +04:00)

Yolu keçən kişini maşın vurub öldürdü

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Şərəfxanlı kəndində baş verib. Əliyev Mürşüd Əfqan oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçmək istəyən Əliyev Asim İldırım oğlunu vurub. Nəticədə piyada yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

# 1530
avatar

Mehman Nəbiyev

Oxşar yazılar