Yolu keçən kişi və qadını maşın vurub öldürdü
03 noyabr 2022 12:20 (UTC +04:00)

Yolu keçən kişi və qadını maşın vurub öldürdü

Bakı və Goranboyda piyadaları maşın vurub.

Lent.az xəbər verir ki, 45 yaşlı Mustafayev İsrafil Əlimustafa oğlu idarə etdiyi avtomobillə Binəqədi rayonu Xocasən qəsəbəsində yolu keçmək istəyən 51 yaşlı Məmmədova Firəngül Muxtar qızını vurub.

Həmçinin Goranboyun Dəliməmmədli kəndində 63 yaşlı Babayev Natiq Firudin oğlu idarə etdiyi "Mercedes-Benz Vito" markalı avtomobillə yolu keçən 64 yaşlı Sadıqov Nəriman Əbdürrəhim oğlunu vurub.

Nəticədə hər iki piyada yerindəcə keçinib.

Faktlarla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

# 1662
avatar

Mehman Nəbiyev

Oxşar yazılar