Yolda aparılan təmir qəzaya  səbəb oldu - FOTO
16 iyul 2022 23:18 (UTC +04:00)

Yolda aparılan təmir qəzaya səbəb oldu - FOTO

Sumqayıtda yolda aparılan təmir işləri qəzaya səbəb olub.

Lent.az xəbər verir ki, hadisə şəhərin əsas giriş hissəsində - Sülh prospektində qeydə alınıb. 

Yolda aparılan təmirlə əlaqədar Sumqayıt istiqamətinə gələn “Toyota” markalı avtomobil əks yolla hərəkət etməli olub. 

Bu zaman qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşma baş verib. 

Qəza nətisində “Mercedes” markalı avtomobilin sərnişini xəsarət alıb. 

Yaralıya təcili tibbi yardım avtomobilində yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı
 

# 1902
avatar

Oxşar yazılar