Yol polisi əməkdaşı   NAMAZ QILANDA öldürüldü
21 noyabr 2022 17:19 (UTC +04:00)

Yol polisi əməkdaşı NAMAZ QILANDA öldürüldü

Qroznının mərkəzində naməlum şəxs Yol Hərəkəti Təhlükəsizliyi Baş İdarəsinin namaz qılan əməkdaşına bıçaqla hücum edərək onu ölümcül yaralayıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Çeçesnistanın rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında məlumat yayıb. 

Onun sözlərinə görə, cinayətkar müfəttiş “namaz otağında dəstəmaz almağa gələndə” ona hücum edib. Qətldən sonra təcavüzkar xidməti silahla qaçmağa çalışsa da, güllələnib.

“Hücum edənin şəxsiyyəti müəyyənləşdirilir. İlkin məlumata görə, o, təkbaşına hərəkət edib, lakin polis hazırda cinayətkarın ehtimal şəriklərini araşdırır, həmçinin hücumun motivlərini müəyyənləşdirir”, - Çeçenistan rəhbəri əlavə edib.


 

# 2307
avatar

Oxşar yazılar