
Sumqayıtda xüsusi əməliyyat
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, əməliyyat nəticəsində Sumqayıt şəhər sakini Cavad Ağayevin tamah məqsədilə Sumqayıt şəhəri 4-cü məhəllə Nizami küçəsi ev 28/17-də qumarxana təşkil etməsi və Kimyaçılar qəsəbə sakinləri, tanışları Ziyad Şirinov və Sirac İsmayılov ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında həmin ünvanda yaddaşında müxtəlif qumar oyunlarının yükləndiyi 7 ədəd noutbuk tipli kompüter yerləşdirmələri müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də qeyd edilən ünvanda qumar oyunlarından əldə edilmiş 640 manat, maqnit informasiya yaddaş daşıyıcılarının iş masalarında qumar oyunları üçün nəzərdə tutulmuş proqramlar aşkarlanıb. 7 ədəd noutbuk tipli kompüter, üzərində qumar oyunlarının oynanılması üçün kodların yazıldığı 23 ədəd vərəqə götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Oxşar yazılar

Zuğulba şosesində maşın yandı, Mərdəkan istiqamətində sıxlıq yarandı
19 iyul 2025 , 20:59
Faciəli ÖLÜM: Kişi maqnit rezonans tomoqrafiya aparatında can verdi
19 iyul 2025 , 20:42
Mingəçevirdə tənha yaşayan qadının meyiti tapıldı
19 iyul 2025 , 19:28
Bakıda usta sexdə öldü
19 iyul 2025 , 18:00
İranda Məşhədə gedən avtobus aşdı, 21 nəfər öldü - VİDEO
19 iyul 2025 , 16:42
Kəlbəcərdə kişi qayadan yıxılıb öldü
19 iyul 2025 , 15:27
Siyəzəndə "Nissan" aşdı, 18 hektar ərazi yandı
19 iyul 2025 , 15:14