Rusiyadan qayıdan azərbaycanlılar: ""Dazbaşlar" bizə divan tuturlar"
07 noyabr 2013 10:18 (UTC +04:00)

Rusiyadan qayıdan azərbaycanlılar: ""Dazbaşlar" bizə divan tuturlar"

Qonşu Rusiyada baş verən məlum olaylardan sonra orada yaşayıb işləyən  Azərbaycan vətəndaşları geri qayıtmaqda davam edirlər. APA TV-nin cənub bürosunun əməkdaşları Lənkəran Beynəlxalq Hava Limanında Moskva-Lənkəran reysi ilə vətənə qayıtmış soydaşlarımızla görüşüblər. Onların söylədikləri demək olar ki, üst-üstə düşür: "Ruslar miqrantlara qarşı divan tutur, vurur, döyür, təhqir edirlər".
 
Moskvada miqrantların tək gəzməsi də müşkülə çevrilib. Bu, hətta onların həyatı bahasına başa gələ bilər. Bəzən onlarla "dazbaş" bir nəfəri ya öldürür, yada ölümcül hala salır. "Dazbaş"ları isə etdikləri cinayətə görə nə saxlayan, nə də məsuliyyətə cəlb edən var.
Azərbaycanlı miqrantların əsas problemlərindən biri də Moskvadan qayıdarkən hava limanındaca xəbərdar edilmədən deportasiya olunmalarıdır. Rusiyadan, Azərbyacana uçan bütün aviareyslərdə deportasiya olunanlara rast gəlmək olur.
 
Artıq xəbərsiz deportasiya prosesi adi hal aldığından Azərbaycan vətəndaşlarının əksəriyyəti evlərinə dönməkdən imtina edərək, gözləməyə üstünlük verir.
 
Lənkəran Beynəlxalq Hava Limanından verilən məlumata görə, cənub bölgəsindən Rusiyaya gedənlərin sayında kəskin azalma müşahidə olunduğu halda, Rusiyadan vətənə dönənlərin sayı çoxalıb.
 
Azərbaycanlı Orxan Zeynalovun Rusiya vətəndaşı İqor Şerbakovu qətlə yetirdiyini əllərində əsas tutan skinhedlər qeyri-ruslara qarşı hücum və təqiblərini artırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09