Papaq davası: bir xəstəxanaya, biri həbsə getdi
06 noyabr 2013 23:58 (UTC +04:00)

Papaq davası: bir xəstəxanaya, biri həbsə getdi

Biləcəri qəsəbəsində ağır bıçaqlanma hadisəsi baş verib. 1974-cü ildə Naxçıvanda anadan olan Qurbanov Yaşar Aftandil oğlu bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Həkimlərin ciddi səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Əməliiyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib.

 

APA TV-nin xəbərinə görə, məlum olub ki, bir ad günü mərasimində içki içildikdən sonra qonaqlar arasında papaq üstündə mübahisə yaranıb. Sonra əlbəyaxa dava düşüb. Dalaşanlardan Binəqədi rayon sakini, 1986-ci il təvəllüdlü Mürsəl Fərquzadov məclisi tərk etsə də, Yaşar Qurbanıv onun ardınca evlərinə gedib. Mübahisə yenidən qızışıb və Mürsəl Fərquzadov atasının maşınından götürdüyü bıçaqla Yaşar Qurbanovu bıçaqlayıb. 

 

Mürsəl Fərquzadov əvvəllər də oxşar cinayətə görə məhkum edilib.  Verilən şərti cəzası bitməmiş, o, yeni cinayət törədib.

 

Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2693

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09